Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Alimlərdən koronavirusla bağlı ŞOK AÇIQLAMA: Bəzi insanlarda heç bir simptom HİSS OLUNMUR

25.02.2020 11:30

Bütün dünyada can almağa davam edən yeni "Covid-19” qurbanlarının sayı artır.

Çinli alimlər tərəfindən aparılan yeni bir araşdırmaya görə, fiziki simptomları olmayan bir insan virusu başqalarına yoluxdura bilər.

Belə ki, "Covid-19”-un yayılma nöqtəsi kimi bilinən Çinin Uhan şəhərində yaşayan 20 yaşlı bir qadın ölümcül virusu ailənin digər 5 üzvünə keçirib. Ancaq maraqlısı burasındadır ki, həmin qadında fiziki olaraq xəstəlik əlamətləri görünməyib. Tədqiqatçılar virus daşıyan qadının inkubasiya dövrünün 19 gün olduğu qənaətinə gəlib. Çinin səhiyyə rəsmiləri virusun inkubasiya müddətinin 1 və 14 gün arasında olacağını proqnozlaşdırmışdılar. Lakin son araşdırmalar bu müddətin 24 günə qədər uzana biləcəyini göstərir.

Çinin Xəstəliklərlə Mübarizə Mərkəzi 8 dekabr - 11 fevral tarixləri arasında ölkədə koronovirus epidemiyasına yoluxan şəxslərin bütün qeydlərini təhlil edib. Xəstələrin 1,2 faizində heç bir simptom görünməyib. Bunun virusa nəzarət edilməsinə çətinlik törətdiyini qeyd edən tədqiqatçılar əslində, "Covid-19” yoluxanların daha çox olduğunu bildirib.

Qeyd edək ki, "Kovid-19” epidemiyası Çinin materik hissəsində 2 min 592 nəfərin ölümünə səbəb olub. İranda 12, Yaponiyada 4, cənubi Koreyada 7, İtaliyada 3, Tayvan, Filippin və Fransada 1 nəfər epidemiyadan dünyasını dəyişib./publika.az

© xezerxeber.az


6389 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR