İranlı generalla bağlı ŞOK DETALLAR üzə çıxdı - Əsədin Suriyadan qaçmasına...

25.02.2020 11:16

"Suriya münaqişəsi başlayandan bir müddət sonra prezident Bəşər Əsəd postundan istefa verərək, xaricə ölkəyə qaçmaq niyyətində olub. Lakin iranlı general Qasım Süleymani Əsədi fikrindən daşındırıb”.

Türkiyə mənbələri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi Hasan Plarek "Fars” xəbər agentliyinə açıqlamasında belə deyib. O iddia edib ki, Süleymani Suriyadakı vəziyyəti Dəməşqin nəzarətində saxlamaq üçün təkbaşına mübarizə aparıb və məqsədinə çatıb. Plarekin sözlərinə görə, Əsəd Suriyada qalmaqla ölkəni xilas edib.

Qeyd edək ki, Qasım Süleymani ABŞ ordusunun Bağdadda təşkil etdiyi əməliyyat zamanı həlak olub./publika.az

© xezerxeber.az


3844 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR