"İcbari Tibbi Sığortada növbəti yeniliklərdən biri də Agentliyin "Sığortaolunanın Tibbi Kabineti" adlı yeni elektron xidmətinin "myGov" portalına inteqrasiya olunması ilə bağlıdır".
XəzərXəbər xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib. O bildirib ki, artıq vətəndaşlar tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində onlara göstərilən xidmətləri "MyGov" portalından sözügedən tibbi kabinetə daxil olaraq izləyə biləcəklər: "Əhalinin səhiyyə sistemindən gözləntilərinin bir il ərzində qarşılanması mümkün deyil. Bunun üçün müəyyən vaxt tələb olunur və bu proses mərhələlərlə öz həllini tapacaq. Bir çox ölkələrdə icbari tibbi sığortanın tətbiqi müəyyən müddət ərzində reallaşıb".
Zaur Əliyevin sözlərinə görə, icbari tibbi sığortanın tətbiqindən sonra da xəstəxanalarda həmin həkimlər çalışacaq, eyni tibbi xidmətlər göstəriləcək: "Sadəcə olaraq səhiyyə sisteminin icbari tibbi sığortaya keçidində yeni mexanizmlərin və qaydaların tətbiqi müsbət dəyişikliklərə səbəb olacaq. Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, göstərilən elektron xidmətlərin genişləndirilməsi, tibb müəssisələrində tətbiq olunan keyfiyyət standartları, səhiyyə işçilərinin təlimlərə cəlb edilməsi, əməkhaqlarına tətbiq edilən əlavələr – bütün bunlar hamısı göstərilən tibbi xidmətlərin keyfiyyətinə bilavasitə təsir etmiş olacaq. Bu islahatın uğurla həyata keçirilməsi ölkəmizdə səhiyyə sistemini köklü sürətdə dəyişəcək və əhalinin tibbi xidmətlərə əlçatanlığını artıracaq”.
© xezerxeber.azVətən müharibəsində iştirak edən 2 777 şəxsin müraciətinə baxılıb
Dini konfessiyaların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər
"Fənərbağça"nın transfer planındakı əsas hədəfi ortaya çıxdı
Vətən müharibəsində iştirak edən 2 777 şəxsin müraciətinə baxılıb
Polina Rəhimova Azərbaycan millisindən getməsinin səbəbini açıqlayıb
Milli qəhrəmanlarımızın Qubadlıda olan məzar daşları bərpa edilir
Məktəblərdə dərslər bərpa olunur? - Təhsil Nazirliyindən açıqlama
Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsinin səbəbi açıqlanıb
Koronavirusa yoluxan şəxslər peyvənd ediləcək? - RƏSMİ AÇIQLAMA
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB