Mobil telefonların qiymətində artım müşahidə edilir - VİDEO

19.02.2020 20:57

Çində yayılan korona virus səbəbi ilə bu ölkədən ixrac edilən malların həcmi azaldığından ölkəmizdə də Çin mallarının satış qiymətində artım müşahidə edilir. Bu artım xüsusi ilə mobil telefon bazarında özünü göstərir. Satıcıların sözlərinə görə artıq məhsul qıtlığı yarandığından qiymətlər artırılıb. Artım isə telefonun marka və modelinə görə dəyişir.

Ölkəmizdə mobil telefonların qiymətində artım müşahidə edilir. Satılcarın sözlərinə görə bunə səbəb Çindən yeni məhsulların gətirilməəsində problemin olmasıdır. Beləki, Koronovirus səbəbi ilə bir çox zavodlar fəaliyyətini dayandırdığından və yaxud istehsal həcmini azaltdığından ölkəmizdə də mobil telefon və aksesuarlarında qıtlığ müşahidə edilir. Satıcıların sözlərinə görə bu amil isə bir başa qiymətə təsir edir.

Satıcılar bildirir ki, telefon yanaşı mobil aksesuarlarda da qiymət artımı müşahidə edilir. Amma artım hələki cuzi olduğundan alıcılar bunu hiss etmirlər.

Bu işlə məşğul olanlar bildirir ki, artıq digər ölkələrdə yerləşən zavodlarla danışıqlar aparılır amma məsafə və işçi qüvvəsi baxımından ordan gələn məhsullar daha baha qiymətə əmələ gəlir.

Bu bizneslə məşğul olanlar bildirir ki, virusun fəsadları böyüyərsə qiymətlərdə artım daha gözəçarpan şəkildə hiss ediləcək.Əks halda isə qiymətlər yenə əvvəlki səviyyədə ola və hətta daha da ucuzlaşa bilər.

© xezerxeber.az

FOTOQALERIYA






463 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR