Mobil telefonları gizlədərək ölkəyə keçirməyə cəhd etdi

19.02.2020 12:01

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Vaz 21074" markalı minik nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Gömrük yoxlaması zamanı vətəndaşın üzərində 3 ədəd "Redmi Note 8 Pro" və 2 ədəd "Redmi Note 8" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


165 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR