Döyüşlər davam edir, cəsədlər atəş altında qalıb - Prezident təcili İCLAS ÇAĞIRDI

18.02.2020 18:09

Ukrayna prezidenti Vladimir Zelenski separatçıların Donbas bölgəsinə qəfil hücumundan sonra Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Separatçılar bu gün səhər saat 05:00-da hücuma keçib.

Separatçılar Ukrayna ordusunun Novotoşkovsk, Orexovo, Krımskoye, Xutor Volnıy yaşayış məntəqələrindəki mövqelərinə hücum edib. İddialara görə, separatçılar irəliləyirlər.

Hazırda Ukrayna ordusu və separatçılar arasında döyüşlər gedir. Əsas döyüşlər Zoloto yaxınlığında gedir.

Zelenski bildirib ki, Ukrayna ordusu vəziyətə tam nəzarəti ələ alıb.

O qeyd edib ki, belə təxribatlar onların sülh əldə edilməsi istiqamətindəki addımlarına mane olmayacaq.

Hər iki tərəfin itkilər verdiyi haqda məlumatlar var. Separatçılar hazırda itkilərinin sayını müəyyən etməyə, Ukrayna ordusu isə cəsədləri döyüş bölgəsindən çıxarmağa çalışır.

Ekspertlər toqquşmaların davam edəcəyini, xüsusilə danışıqlar prosesini pozmağa çalışan separatçıların yeni təxribatlara əl atacağını hesab edirlər./publika.az

© xezerxeber.az


202 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR