Pep Qvardiola qərarını açıqladı

18.02.2020 16:54

UEFA-nın "Mançester Siti"ni avrokuboklarda 2 illik uzaqlaşdırmasından sonra komandanın baş məşqçisi Pep Qvardiolanın klubda qalıb-qalmayacağı müzakirələrə səbəb olub.

İspan mütəxəssis bununla bağlı ilk dəfə açıqlama verib. 49 yaşlı çalışdırıcı komandada qalacağını bəyan edib:

"Hansı liqada olsaq, burda qalacam. Lap aşağı liqaya düşsək də, komanda ilə olacam. İndi bir yerdə olmaq vaxtıdır".

Pep Qvardiolanın "şəhərlilər"lə müqaviləsi 2021-ci ilin yayında bitir.

© xezerxeber.az


178 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR