“Mançester Siti”nin çempionluğu alına bilər

17.02.2020 16:01

"Mançester Siti” 2013/14 mövsümündə qazandığı çempionluq titulundan məhrum edilə bilər.

XəzərXəbər "Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bu, klubun göstərilən dövrdə UEFA-nın lisenziyalaşdırma və "feyr pley” qaydasını pozması ilə əlaqədardır.

Qeyd edək ki, bu pozuntu ümumilikdə 2012-16-cı illəri əhatə edir. Bu səbəbdən qitənin futbol qurumu "şəhərliləri” qarşıdakı 2 mövsümdə Avropa kuboklarında oynamaqdan kənarlaşdırıb.

İngiltərə Futbol Assosiasiyanda "Mançester Siti”nin 2013/14-cü il mövsümündəki çempionluğunu almaq haqda ideyaların olduğu bildirilib. Bundan başqa, klubun dördüncü diviziona göndərilə biləcəyi barədə də fikirlər var.

İki illik cəza ilə əlaqədar bəzi futbolçuların "Mançester Siti”ni tərk edə biləcəyi də iddia olunur./Qol.az

© xezerxeber.az


282 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR