Prezident hər şeydən XƏBƏRDAR İMİŞ - Koronavirusla bağlı DƏHŞƏTLİ MƏQAMLAR ortaya çıxdı

17.02.2020 15:01

Çinin Uhan şəhərində ortaya çıxan və yüzlərlə insanın ölümünə səbəb olan yeni tip koronavirus (Kovid-19) epidemiyasına vaxtında müdaxilə etməməkdə ittiham olunan Çin hökumətinə qarşı sərt reaksiyalar davam edərkən yeni səs qeydi ortaya çıxıb.

Çin mətbuatının yayımladığı materialda rəsmi Pekinin təhlükədən çox daha əvvəl xəbərdar olduğu, lakin bunun qarşısını almaq üçün hərəkətə keçmədiyi əksini tapıb.

Səs qeydində Çin dövlət başçısı Si Cinpinin 7 yanvar tarixində virusla mübarizə məsələsində təlimat verdiyi bildirilir. Lakin Pekin hökuməti ictimaiyyətə yanvar ayının sonuna qədər bir informasiya ötürməmişdi.

Vəzifədə olduğu müddətdə ən böyük siyasi problemlərdən birinə çevrilən epidemiyanın ilk günlərində Çin liderinin hökumətin epidemiyaya münasibətinə qarşı tənqidlərə səbəb olan səssiz rol oynadığı görünürdü. Lakin 3 fevral tarixində qeydə alınan səs yazısında Sinin 7 fevralda virusla mübarizə məsələsində təlimatlar verdiyi ortaya çıxıb.

Prezidentin səs yazısında "22 yanvarda epidemiyanın sürətli yayılması və qarşısının alınması, nəzarətə götürülməsinin çətinlikləri fonunda Hubey əyalətinə giriş və çıxışlara nəzarət edilməsi əmrini verdim” ifadələri yer alıb. Çin xalqı isə bu səs yazısının gözboyama əməliyyatından başqa bir şey olmadığı fikrindədir./publika.az

© xezerxeber.az


4455 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR