Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Qaxda bir gündə 4 nəfəri it dişləyib

17.02.2020 09:56

Qaxda bir gündə ikisi azyaşlı olmaqla 4 nəfəri it dişləyib.

Ötən gün axşam saatlarında rayonun Güllük kənd sakini, 2016-cı il təvəllüdlü Rəşid Şahin oğlu Mirzəyev başın və üzün cırılmış-didilmiş yarası xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı məlum olub ki, sahibsiz it 4 yaşlı R. Mirzəyevin yaşadığı evin həyətyanı sahəsinə soxularaq ona xəsarət yetirib. R. Mirzəyevə lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Məlumatda bildirilir ki, fevralın 16-sı gün ərzində ikisi azyaşlı olmaqla dörd nəfər it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub. (APA)

© xezerxeber.az


176 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR