BŞBPİ: MSK-nın binası önünə toplaşmağa cəhdin qarşısı alınıb

16.02.2020 16:51

Bu gün bir qrup şəxs əvvəlcədən rəsmi qaydada xəbərdar olunmalarına baxmayaraq saat 15 radələrində Mərkəzi Seçki Komissiyasının inzibati binasının önünə toplaşmağa cəhd edib.

Bakı Şəhər Baş Polis İdarəsindən xezerxeber.az-a verilən məlumata görə, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və onlar ərazidən kənarlaşdırılıblar.

Bu zaman ciddi qanun pozuntusu qeydə alınmayıb, saxlanılan və xəsarət alan olmayıb.

© xezerxeber.az


302 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR