Bakı-Sumqayıt yolu üzərindəki Baş Dövlət Yol Polisi İdarəsinin ''Ekologiya postu'' söküləcək.
Xezerxeber.az-ın məlumatına görə, Sumqayıtdan Bakı istiqamətinə olan yolun iki zolağının genişləndirilməsi ilə əlaqədar ərazidə olan "Ekologiya postu" plana düşüb. Bu işlər çərçivəsində post söküləcək. Amma həmin ərazidə yeni post tikiləcək.
Məlumata görə, müasir standartlara cavab verən post tam olaraq tikildikdən sonra köhnənin söküntüsünə başlanacaq. Bu müddət ərzində yolun digər hissələrində işlər davam edəcək. Yol genişləndirilərkən Bakı Beynəlxalq Avtovağzal Kompleksi və Atıcılıq Mərkəzinin yaxınlığından "xarici dairəvi" yolun altından keçməklə paytaxtın Şərifzadə küçəsinə çıxan yeni tunel tipli yol da tikiləcək. Həmin tunel vasitəsilə nəqliyyat vasitələri Alatava istiqamətindən ''20 yanvar'' dairəsinə və Şərifzadə küçəsi ilə şəhərin digər istiqamətinə hərəkət edəcəklər.
Bakı-Sumqayıt yolu ilə yanaşı, günün pik saatlarında tıxacın yarandığı Xırdalan şəhərinin də əsas prospekti təmir edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
© xezerxeber.az
"Fənərbağça"nın transfer planındakı əsas hədəfi ortaya çıxdı
Vətən müharibəsində iştirak edən 2 777 şəxsin müraciətinə baxılıb
Polina Rəhimova Azərbaycan millisindən getməsinin səbəbini açıqlayıb
Dini konfessiyaların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər
Gürcüstanın avtomobil ixracının 30%-i Azərbaycanın payına düşüb
Milli qəhrəmanlarımızın Qubadlıda olan məzar daşları bərpa edilir
Məktəblərdə dərslər bərpa olunur? - Təhsil Nazirliyindən açıqlama
Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsinin səbəbi açıqlanıb
Koronavirusa yoluxan şəxslər peyvənd ediləcək? - RƏSMİ AÇIQLAMA
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB