Yol polisi körpənin həyatını xilas etdi - VİDEO

16.02.2020 10:25

Vətəndaş Elçin Məmmədovun axşam saatlarında körpəsinin qəfil halı pisləşdiyindən onu təcili xəstəxanaya aparmalı olub.

Xezerxeber.az xəbər verir ki, Masazır yolunda olan tıxac körpənin həyat təhlükəsini artırıb. Fevralın 13-ü saat 19 radələrində peşə xidmətini yerinə yetirərkən Daxili İşlər Nazirliyi Abşeron rayonu Dövlət Yol Polisi İdarəsinin 99-YP-171 dövlət nömrə nişanlı avtomobilini idarə edən inspektoru yolda olan tıxacı açaraq, azyaşlı körpənin vaxtında xəstəxanaya çatdırılmasını təşkil etməklə, onun həyatını xilas edib.

Yol Patrul Xidməti inspektorları uşağın olduğu maşını yol boyu müşayiət edərək tıxacdan çıxarıb, xəstəxanaya tez çatmasına şərait yaradıb.

Körpənin ailəsi peşə borcunu şərəflə yerinə yetirən Yol Patrul Xidməti inspektorları Mehman Zülfuqarov və Qurban Baxşıyevə öz minnətdarlıqlarını bildirirlər.


© xezerxeber.az

FOTOQALERIYA






415 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR