Villadan oğurluq etmək istəyərkən yaxalandı - VİDEO

14.02.2020 19:45

Qorunan bağ evinə oğurluğa girən şəxs elə orda da tutulub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Novxanı qəsəbəsində baş verib.

Abduləli Eyvazova məxsus xüsusi texniki vasitələrlə qorunan bağ evindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə ''həyəcan'' siqnalı daxil olub.

Abşeron rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib.

Əraziyə gələn polislər evin giriş qapısının açıq olduğunu və bir nəfərin mənzilə daxil olmaq istədiyinin şahidi olublar. Polislərin çevikliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq Abşeron rayon Polis İdarəsinə təhvil verilib.

Polis idarəsində araşdırma aparılan zaman oğurluq etməyə cəhd göstərən şəxsin Novxanı qəsəbəsi sakini Tərlan Səmədov olduğu müəyyən edilib. O, ifadəsində törətdiyi cinayəti etiraf edib.

Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir.

Tərlan Səmədovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ''102'' zəng mərkəzinə müraciət edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






231 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR