Azərbaycanın daha bir güləşçisi erməni rəqibinə qalib gəlib

14.02.2020 17:48

Azərbaycanın daha bir sərbəst güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında erməni rəqibinə qalib gəlib.

79 kq çəki dərəcəsində mübarizə aparan Cəbrayıl Həsənov üçüncü görüşündə Ermənistan idmançısı Arman Avaqyan üzərində inamlı qələbə qazanıb.

Nika Kentçadze (Gürcüstan) və Omaraskab Nazmundinovu (Rumıniya) məğlub edən üçqat Avropa çempionu 1/4 finalda da uğurlu seriyanı davam etdirib. O, bu dəfə erməni idmançısına qalib gəlib - 8:4. Bu qələbə millimizin kapitanını yarımfinala daşıyıb.

Qeyd edək ki, Ağahüseyn Mustafayev (70 kq) də bu gün təsnifat mərhələsində erməni Gevorq Mxeyandan üstün olub.

© xezerxeber.az


177 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR