Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Minimum əmək haqqı artırılacaq, ictimai işlərin əhatəsi genişləndiriləcək - VİDEO

14.02.2020 18:35

Bu il 5 min nəfər özünüməşğulluq proqramına cəlb olunacaq.

Xezerxeber.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı"nda öz əksini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdir müavini Rəna Abdullayeva deyib ki, plana əsasən, bir sıra normativ hüquqi aktların təkmilləşdirilməsi, minimum əmək haqqının mərhələlərlə artırılması və qeyri-formal məşğulluqla mübarizə sahəsində ciddi tədbirlər görüləcək. Daha bir əsas istiqamət isə əmək bazarında keyfiyyətin artırılmasıdır. Aktiv əmək bazarı tədbirlərinin keyfiyyətinin və səmərəliliyinin artırılması da qarşıda duran hədəflərdəndir. Burada xüsusi diqqət əlillər və gənclər üçün layihələrin və aktiv tədbirlərin keçirilməsinə yönəldiləcək. Həmçinin Məşğulluq Alt Sisteminin tətbiqi də genişlənidiriləcək.

Bu planın əsas xüsusiyyətlərindən biri odur ki, hər bir tədbir üçün hədəflər müəyyən olunub.

Tədbilər Planına uyğun olaraq haqqı ödənilən ictimai işlərin də əhatə dairəsi genişləndiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






1080 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR