ABŞ hərbi donanması Ərəb dənizində raket yüklü gəmi ələ keçirib

14.02.2020 14:45

Birləşmiş Ştatların hərbi donanması Ərəb dənizində göyərtəsində raketlərin olduğu yük gəmisi ələ keçirib. AZƏRTAC "Əl-Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, ABŞ rəsmiləri 150 tankəleyhinə və üç ədəd yer-hava raketi olan arsenalın İrana aid olduğunu iddia ediblər. 

ABŞ hərbi donanmasının bəyanatında deyilir ki, "Normandiya” kreyseri Ərəb dənizində üzən gəmini saxlayıb. "Şübhəli gəminin göyərtəsindən 150 ədəd "Dəhləvi” tankəleyhinə raket aşkar edilib. Rusiyanın "Kornet” raketlərinin əsasında istehsal olunmuş bu silahlar İranda buraxılıb”. Qeyd olunub ki, ötən ilin noyabrında da Ərəb dənizində bu cür silahlar müsadirə olunub. Amerikalı hərbçilər həmin silahların Yəməndəki Hutsi qiyamçılarına göndərildiyini iddia ediblər.

İran bu bəyanata heç bir reaksiya verməyib.

© xezerxeber.az


124 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR