22 yaşlı modelin əvvəlki görkəmi hər kəsi ŞOKA SALDI - FOTO

09.02.2020 11:18

Məktəb illəri boyunca xəstəliyi səbəbindən korset geyinən və ətrafdakılar tərəfindən həqarət edilən 22 yaşlı amerikalı model hazırda hər kəsin heyran olduğu instaqram fenomenidir.



Sosial şəbəkədə 1,3 milyon izləyicisi olan və hər paylaşımına böyük maraq oyadan Klemente Yaslen məktəb illərində ona skolioz diaqnozu qoyulduğunu və buna görə də yoldaşları tərəfindən alçaldıcı ifadələrə məruz qaldığını bildirib.



Məşhur model həmin dönəmlərdə xəstəliyi səbəbi ilə özünü narahat hiss etdiyini dilə gətirib: "Hər gün korset taxmaq məcburiyyətində idim. Bədənimdəki əyrilikdən utanırdım. Bunu gizlətmək üçün daim qapalı geyimlərdən istifadə edirdim. İsti havalarda huşumu itirəcək halda olsam da, əynimdən çıxarmırdım".



Tətbiq olunan müalicə sayəsində cərrahiyyə əməliyyatına ehtiyac olmadan sağlamlığına qovuşan model özünə inamını bərpa etdiyini və sosial mediadan aktiv istifadə etməyə başladığını bildirib.

22 yaşlı gənc model karyerasına instaqramda bikini markasının təklifi ilə başladığını vurğulayıb.

Qeyd edək ki, Klemente hər paylaşımdan 500-800 dollar qazanır.

Publika.az

© xezerxeber.az


404 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR