Cem Yılmaz haqqında DEYİLƏNLƏR DOĞRU ÇIXDI

04.02.2020 15:22

Aktyor Cem Yılmazın aktrisa Serenay Sarıkaya ilə sevgili olduğu təsdiqlənib.

Komediya ustası dünən Serenayın baş rolda oynadığı "Alisa möcüzələr diyarında" tamaşasının 50-ci nümayişinə gedib.

Cütlüyün tamaşadan sonra birlikdə çəkilmiş fotosu sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, aktyorların hər ikisi sevgili olduğunu inkar etsə də, Cem Yılmaz bu yaxınlarda iştirak etdiyi verilişdə Serenaya olan heyranlığını etiraf etmişdi.

Cem Yılmazın Defne Samyelidən ayrılma səbəbi kimi Serenayla sevgili olması iddia edilmişdi./publika.az

© xezerxeber.az


376 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR