Çində təhsil alan azərbaycanlı tələbəyə xəbərdarlıq məktubu gəlib

29.01.2020 19:34

Çin univeristetləri xarici tələbələrə geri qayıtmamaq üçün məktub göndərib.

Xezerxeber.az-ın məlumatına görə, Çində təhsil alan və hazırda Bakıda tətildə olan azərbaycanlı magistratura tələbəsi Ülkər Ələsgərovaya rəsmi məktub gəlib.

Təhsil aldığı univerisitetdən göndərilən məktubda qeyd edilib ki, Çində yayılan dəhşətli virusla bağlı yaz semestrinin başlaması qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Buna görə də, o, Çinə dönməməlidir. Məktubda həmçinin qeyd edilib ki, Ülkər Ələsgərova xəbərdarlığa əməl etməyərək Çinə dönsə, cəzalandırılacaq.

Ülkər Ələsgərova deyir ki, onun təhsil aldığı universitet Çinin Hefey əyalətində yerləşir. Virusun baş qaldırdığı Vuhan əyalətindən min km-lərlə uzaqdadır. Çində xarici tələbələrlə iş yüksək səviyyədə həyata keçirildiyi üçün universitet tələbələrinin təhlükəsilziyini düşünüb və alınan aviabiletlərin geri qaytarılmasını tələb edib.

Ülkər Ələsgərova deyir ki, anoloji məktub Çində təhsil alan və yaz semestrindən əvvəl ölkələrinə dönən əksər xarici tələbəyə göndərilib.

© xezerxeber.az

FOTOQALERIYA






827 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR