Türkiyə klubu zəlzələyə görə bağlandı

29.01.2020 15:03

Türkiyənin Elazığ şəhərində baş vermiş 6,8 bal gücündə zəlzələ futbol sahəsinə də təsir edib.

Zəlzələ TFF 2-ci liqada mübarizə aparan "Elazığspor"un bazasına ciddi ziyan vurub.

Klub prezidenti Səlçuk Öztürk fəaliyyətlərini dayandırmağı planlaşdırdıqlarını söyləyib: "Zəlzələnin ən çox zərər vurduğu Sürsürü məhləsinə yaxınlıqdayıq. Bazamızdakı binaların 25-30 illik ömrü var. Aşağı yaş qrupundakı oyunçularımızın ailələrinin qaldığı evlər yararsız hala düşüb. Həmçinin başqa şəhərlərdən gələn futbolçular da getmək istəyirlər. Bu durumda oyunlara çıxmaq istəmirik. Ad haqqını qorumaq şərti ilə çempionatdan çıxmaq üçün federasiyaya müraciət edəcəyik".

Qeyd edək ki, "Elazığspor" hazırda yer aldığı çempionatda 16 xalla 16-cı pillədə qərarlaşır.

© xezerxeber.az


143 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR