Venesuelada plantasiyada baş vermiş yanğında azı 12 nəfər ölüb

24.01.2020 09:47

Venesuelanın şimalında baş vermiş yanğında azı 12 nəfər ölüb, daha 13 nəfər yaralanıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə cümə axşamı günortadan sonra Araqua ştatının şimalında baş verib. Yanğın əkin sahəsində meydana gəlib. Nəticədə 12 nəfər ölüb, daha 13 nəfər, o cümlədən 3 azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onlar ən yaxın xəstəxanalara aparılıb.

Xilasetmə xidmətləri hadisə yerinə cəlb olunub, araşdırma aparılır.

© xezerxeber.az


114 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR