Gəncədə kriminal avtoritet “Osman Gəncinski” tutuldu - VİDEO

22.01.2020 20:26

Gəncədə kriminal aləmdə Osman Gəncinski kimi tanınan şəxs silahla saxlanıb. Onun evindən isə avtomat aşkarlanıb. Xızı polisi də evində silah gizlədən şəxsi saxlayıb.

Gəncədə, KəpəzRayon Polis İdarəsinə şəhər sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Osman Mərdanovun üzərində silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal Mərdanovun izinə düşən asayiş keşikçiləri onu saxlamağa müvəffəq olublar. Onun üzərində axtarış aparılan zaman ondan 1 ədəd qaz tapançasıaşkar olunaraqgötürülüb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Mərdanovun yaşadığı evindən odlu silah, həmin silaha aid patronlar aşkarlanaraq götürülüb.

Saxlanılan Osman Mərdanov Rusiya Federasiyasında quldurluq etdiyi üçün məhkumluq həyatı yaşayıb və kriminal aləmdə "Osman Gəncinski" kimi tanınır.

Xızı polisi isə qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən Giləzi qəsəbə sakini,əvvəllər 16 il həbs həyatı yaşamışMahir Kərimovusaxlayıb. Onun evindənbir ədəd kustar üsulla hazırlanmış tapança, 4 ədəd patron və bir ədəd kaburo aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

© xezerxeber.az


296 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR