Kirayə mənzil almaq istəyənlərin nəzərinə - VİDEO

22.01.2020 20:13

Kirayə mənzillər üçün elektron müraciət bu gün səhər saat 10:00-da başlamalı idi. Ancaq sayta daxil olanların çoxluğu səbəbindən elektron muraciətləri qeydə almaq mümkün olmayıb. Bu arada ipoteka və kredit zəmanət fondu kirayə evlərə media tur təşkil edərək mənzillərin vətəndaşa hansı vəziyyətdə veriləcəyini göstərib.

İpoteka və kredit zəmanət fondunun bu gün elektron müraciətləri qəbul etməli olduğu elektron sistem çökdü və vətəndaşlar prosesi icra edə bilmədilər.

Məsələ ilə bağlı məlumat açıqlayan İpoteka və Kredit Zəmanət Fondu elektron müraciətin müvəqqəti dayandırıldığını və problemin həll olunması ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcəyini bildirib.

Bu arada ipoteka və Kredit Zəmanət Fondu kirayə evlərin qapısını medianın üzünə açıb.

İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Ramazanova qiymətlərin binaların yerləşdiyi yerdən asılı olaraq dəyişdiyini bildirib.

Tikintini həyata keçirən şirkətin baş mühəndisi binaların tikintisinin və otaqların təmirinin beynəlxalq standartlara uyğun olduğunu bildirir.

Binanın həyətində vətəndaşların istirahəti də nəzərə alınıb.

İpoteka və Kredit Zəmanət Fondu kirayə mənzillərin ipoteka kreditlərindən bir sıra üstünlükləri olduğunu açıqlayıb. Fondun kirayə mənzil departamentinin direktoru Ramil Tahirov bildirir ki, ipoteka kreditlərində vətəndaşlar üçün şərtlər daha ağırdır.

Qurum rəsmisinin sözlərinə görə, adi kirayə evlərdən üstünlüyü isə budur ki, bu mexanizmdə sonda mənzil vətəndaşın özünə qalır. Ancaq adi kirayədə xərclənən pullar heç nə ilə əvəzlənmir.

© xezerxeber.az

FOTOQALERIYA






474 dəfə oxunub

XƏBƏRLƏR

04.06.2020 18:56

Metro bağlanır

ÇOX OXUNANLAR