Avstraliya daha bir DƏHŞƏTLƏ ÜZ-ÜZƏ: 10 dəqiqə ərzində insanları öldürən təhlükə yayılır

22.01.2020 14:26

Aylardır lokallaşdırılması mümkün olmayan yanğından sonra toz fırtınası, dolu və sel fəlakətinin yerlə yeksan etdiyi Avstraliyada bu dəfə növbəti dəhşətli xəbərdarlıq verilib.

Avstraliya Sürünənlər Parkı nəm və istiliyin yuvası olan zəhərli hörümçəklərin böyüyüb artması üçün əlverişli şərait yaratdığını açıqlayıb.

Park Yeni Cənubi Uelsin Nyukasl bölgəsində son günlərdə sürətlə artan bacalı yuvası olan hörümçəklərin tutulub onlara təhvil verilməsini tövsiyə edib.

Bu hörümçək növü suda 24 saat yaşaya bilir. Buna görə də hovuza girmədən əvvəl suyun yoxlanılmasının vacibliyi də vurğulanıb.

Qeyd edək ki, bacalı yuvası olan hörümçəklərin dişlədiyi insan 10 dəqiqə ərzində ölə bilər. Lakin bu hörümçəyin zəhəri tibbi emaldan keçdikdən sonra iflic xəstəliyinin müalicəsində effektivdir.

Xatırladaq ki, ötən ilin yay aylarında başlayan və hələ də başa çatmayan yanğınlar ötən həftədən başlayaraq toz fırtınası, dolu və selə səbəb olub.

Meşə yanğınları nəticəsində 28 nəfər ölüb, 10,3 milyon hektardan çox sahə və 2 min 600 ev kül olub. 1milyard heyvan tələf olub./Publika.az

© xezerxeber.az


6300 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR