Kirayə ilə mənzil almağı gözləyənlərə müjdə - BAŞLAYIR, TARİX AÇIQLANDI

19.01.2020 11:33

Kirayə mənzil mexanizminə müraciətlərin qəbul tarixi açıqlandı

Azərbaycan Respublikası Prezidentinin "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasınınİpoteka və Kredit Zəmanət Fonduna (Fond) həvalə olunmuş vəzifələrin icrası istiqamətində hazırlıq işləri yekunlaşdırılıb.

Mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedurlar və daxili qaydalar hazırlanıb, kirayəçilərə və yaşayış sahələrinə dair tələblər müəyyən edilib, mexanizmləbağlı iş prosesləri tam avtomatlaşdırılıb və kirayə mənzil fondu formalaşdırılıb.

"Marja"nın məlumata görə, Bununla əlaqədar, Fond vətəndaşların nəzərinə çatdırır ki,mexanizm çərçivəsində elektron müraciətlərin qəbuluna22 yanvar 2020-ci il tarixindəbaşlanılacaq.

Müraciətlər "Elektron Hökumət Portalı” (www.e-gov.az) üzərindən Fondun "Elektron ipoteka və kredit zəmanət sistemi” (EİKZS) vasitəsi ilə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya ASAN imza) istifadə etməklə həyata keçiriləcək.

Elektron İmzanıNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olanMəlumat Hesablama Mərkəzindənvə ya Mərkəzi Poçtdan,ASAN İmzanıisə "ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar. Qeyd edək ki, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlara 2 saylı Bakı "ASAN Kommunal” və Sumqayıt "ASAN Xidmət” mərkəzləri vasitəsilə xidmət göstəriləcək.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə "1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş yazılı və ya video-təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Eyni zamanda, vətəndaşlar Fond tərəfindən ilkin mərhələdəsatmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.

© xezerxeber.az


308 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR