Yevlaxda Hindistan sortu olan 260 baş çamış saxlanılır - 150-si sağılır - VİDEO

18.01.2020 20:59

Son illər Azərbaycanda camışların sayında azalma müşahidə edilsə də, Aran bölgəsində, xüsusən də Yevlaxda bu heyvana maraq hələ də qalmaqdadır.

Xezerxeber.az-ın məlumatına görə, istiyə, xəstəliyə davamlı olan bu canlılar qidanı çox qəbul etsə də, südünün və qatığının yağlılığı ilə seçilir. Elə bunu nəzərə alan yevlaxlı fermer Qoyun Binəsi kəndində Hindistan sortu olan camış bəsləyir. Südlük istiqamətli heyvanlar yerli mühitə tam uyğunlaşıb.

Rayonun iqlimi də camışçılığı inkişaf etdirməyə imkan verir. Camış üçün vacib olan su və qamış bol olduğundan heyvanların bəslənməsində hər hansı çətinlik yaşanmır. Hazırda təsərrüfatda 260 baş camış var ki, onun da 150-si sağılır.

Təsərrüfatda 43 nəfər işlə təmin edilib. Gələcəkdə burada süd emalı müəssisəsinin açılması planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






368 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR