Bütün qaz sayğaclarının limiti sıfırlanıb - VİDEO

18.01.2020 18:36

Azərbaycandakı bütün qaz sayğaclarının limiti sıfırlanıb.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov "Xəzər Xəbər"ə açıqlamasında belə deyıb.

Onun sözlərinə görə, mexaniki sayğacların sıfırlanması mərhələsinə yanvarın 7-dən başlanılıb və ayın 10-u günorta saatlarında oxunuş başa çatdırılıb.

Limitdən istifadə ilə bağlı statistikaya gəlincə isə, Ceyhun Səfərov bildirib ki, abonentlərin cəmi 15%-i illik 2200 kubmetrlik həcmi keçib.

Mexaniki sayğacı olan abonentlər yanvarın 1-dən 7-dək sayğacın fotosunu "Azəriqaz"ın votsap nömrəsinə göndərməklə də limitin sıfırlanması üçün müraciət edə biliblər. Həmin müddət ərzində 300 müraciət daxil olub, onlardan 100-də fotoda müəyyən görüntülərdə aydınlıq olmadığı üçün qəbul edilməyib, 200-ü isə qeydə alınaraq sayğac sıfırlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






358 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR