“Arsenal” fransalı müdafiəçi ilə anlaşıb

18.01.2020 12:36

Fransanın PSJ klubunun futbolçusu Leyven Kurzava karyerasını İngiltərədə davam etdirəcək.

27 yaşlı müdafiəçi "Arsenal”la anlaşıb.

Razılaşmaya əsasən, Kurzava yayda "topçular”a qoşulacaq. O, azad agent statusu ilə London klubunun futbolçusu olacaq.

Fransalı "Arsenal”la 5 illik müqavilə imzalayacaq. Keçidin əsas detallarını razılaşdıran tərəflər bonuslarla bağlı danışıqlar aparır.

Qeyd edək ki, Kurzava bir müddət öncə İtaliya "İnter”inin təklifini imtina ilə cavablandırıb.

© xezerxeber.az


254 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR