Bakıda metroda gənc oğlan relslərin üzərinə yıxılıb.
XəzərXəbər-in məlumatına görə, hadisə metronun "Azadlıq prospekti" stansiyasında baş verib. 1999-cu il təvəllüdlü oğlan müvazinətini itirərək stansiya yoluna yıxılıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hadisə səhər saat 08:33 radələrində baş verib:
"1999-cu il təvəllüdlü O.E adlı oğlan anidən stansiya yoluna yıxılıb. Dərhal xətlərdəki gərginlik dayandırılıb. Sərnişin stansiya yolundan çıxarılıb. Əməkdaşlar təcili tibbi yardım çağırıb. Gənc, həkimlərə epilepsiya xəstəsi olduğunu deyib. İlkin yardım göstərildikdən sonra, gənc sərnişin özünü yaxşı hiss etdiyini deyib və yoluna davam edib".
B.Məmmədov baş verən hadisənin qatarların intervalına təsir etmədiyini vurğulayıb.
xxx
Bu gün 8.20-8.30 radələrində Bakı metropoliteninin "Azadlıq prospekti" stansiyasında 20-25 yaşlarında bir nəfər qatar relslərinin üzərinə yıxılıb.
Bu barədə jurnalist Səməd Məlikzadə feysbuk profilində yazıb.
Jurnalist qeyd edib ki, bir anda iki gənc özünü ona tərəf atıb və oğlanı qatar keçən ərazidən götürüblər: "Tezliklə "Dərnəgül" stansiyasından qatarın gəlişi gözlənilirdi. Elə belə də oldu. Təxminən bir dəqiqə keçmiş həmin istiqamətdən gələn qatar stansiyaya girdi. Xoşbəxtlikdən faciə baş vermədi. Soydaşımız huşunu itirmişdi. Biz onun ürəktutmasından yıxıldığı qənaətində idik. Oğlanı stansiyadakı oturacağa uzatdılar. Qadınlardan biri dedi ki, deyəsən epilepsiyası var, barmaqlarını yığılmağa qoymayın və ağzını açın. Belə də etdilər və soydaşımız özünə gəldi. Az sonra polis əməkdaşları onu müayinə üçün apardılar".
© xezerxeber.azÖtən il Azərbaycanda baş vermiş yol qəzalarında 696 nəfər ölüb
Türkiyə və Yunanıstan arasında kəşfiyyat danışıqları başa çatdı
Əfqanıstanda İtaliya səfirliyinin zirehli avtomobili partladıldı
Rusiya Prezidenti “Putin üçün saray” filminə münasibət bildirdi
Ötən il Baş Prokurorluğa daxil olan müraciətlərin sayı açıqlanıb
DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Məşhur ekstrasens Baş nazirə məktub yazdı: 11 ölkə darmadağın olacaq
Çavuşoğlu: Azərbaycanlı mühəndisin nəşini ölkəsinə göndərəcəyik
“Azəriqaz” smart sayğacların ləğvi məsələsinə aydınlıq gətirdi
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB