Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, dekabrın 16-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq, şimal-qərb küləyi axşam arabir güclənəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7°, gündüz 10-12° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 % , gündüz 60-65% olacaq.
Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi cənub rayonlarında, axşam isə ayrı-ayrı şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.
© xezerxeber.az“Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
Ombudsman əsir götürülənlərlə bağlı hesabat hazırladı - VİDEO
Məişət texnikası və mobil telefon alarkən diqqətli olun - VİDEO
Türkiyəli iş adamları Qarabağa böyük maraq göstərirlər - VİDEO
“Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
Aİ-dən koronavirusa qarşı vaksin istehsal edən şirkətlərə çağırış
Peyvənd olunmayan şəxs səyahət zamanı məhdudiyyətlə üzləşə bilər
“Azəriqaz” smart sayğacların ləğvi məsələsinə aydınlıq gətirdi
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB