Özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

14.12.2019 19:36

Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Yevlax rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Vasif Haqverdiyev saxlanılıb.

Araşdırmalar zamanı V. Haqverdiyevin özünü polis əməkdaşı kimi təqdim edərək Yevlax rayon sakini olan qadından üzləşdiyi bir problemi həll edəcəyi vədi ilə ayrı-ayrı vaxtlarda 750 manat dəyərində qızıl boyunbağı və əlavə olaraq 200 manat nəğd pul alaraq aldatması müəyyən edilib.

Həmçinin onun müxtəlif vaxtlarda Mingəçevir, Yevlax, Bərdə, Zərdab və Balakən rayonları ərazilərində də analoji cinayətlər törətdiyi istisna edilmir. DİN həmin şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşların "102” zəng mərkəzinə, həmçinin Yevlax RPŞ-yə və ya şəhər telefonlarından (02233) 6-45-02 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələrini xahiş edib.

© xezerxeber.az


197 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR