Kinqsley Komanın durumuna aydınlıq gəldi

13.12.2019 17:45

"Bavariya”nın futbolçusu Kinqsli Komanın UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Tottenhem”lə ev oyununda (3:1) ağır zədə almışdı.

Münhen klubunun rəsmi saytı xəbər verir ki, tibbi müayinədən keçən Komanda heç bir ciddi zədə olmadığı aşkarlanıb.

"Bavariya”nın həkimi Müller Volfart klubun rəsmi saytına açıqlamasında futbolçuya bir müddət məcburi istirahət veriləcəyini bildirib: "Biz də əvvəlcə çox qorxmuşduq. Amma Kinqslinin bəxti çox gətirib. Müayinələr nəticəsində müəyyənləşdirdik ki, o, cəmi üç oyunda komandaya kömək etməyəcək”.

Komanın yanvardan etibarən komanda ilə birgə məşqlərə başlayacağı bildirilir.

© xezerxeber.az


189 dəfə oxunub

ÇOX OXUNANLAR