Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bakıxanovdakı tunel tikintisi nə vaxt başa çatır?

11.12.2019 18:07

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ilə Sabunçu qəsəbəsi arasında yerləşən dəmir yolu xəttinin altından tikilməkdə olan tunel səbəbindən yolun digər hissəsi yüklənib. Bu isə xüsusilə səhər saatlarında dözülməz tıxac yaradır.

Mövzu ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib ki, Bakıxanov və Sabunçu qəsəbələri arasındakı yeraltı tunelin tikintisi plana uyğun davam etdirilir.

ADY-dən bildiriblər ki, indiyədək qapalı hissənin 30 metri və istinad divarları tikilib:

"Ərazidəki bütün kommunikasiya xətləri köçürülüb. Hazırda suvaqlar vurulur. Tunelin girişində isə qazıntı işləri aparılır. Tikinti işlərinin fevralın sonu, martın əvvəlinə yekunlaşdırılması planlaşdırılır”.

Xatırladaq ki, tunelin tikintisinə bu il avqustun 23-dən başlanılıb./axar.az

© xezerxeber.az


180 dəfə oxunub

ÇOX OXUNANLAR