Dövlət Komitəsi: "Əbu Bəkr" məscidinin açılması nəzərdə tutulur

10.12.2019 12:45

""Əbu Bəkr" məscidinin açılması nəzərdə tutulur. Bunun üçün orada icmanın yaradılması planlaşdırılır”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov deyib.

O bildirib ki, məscidin minarəsinin təməlində problem aşkarlanıb: "Minarənin əyilməsi qəza vəziyyəti yaradırdı. Buna görə də orada toplaşmaq təhlükəlidir. Minarənin bərpa edilməsi və ya sökülüb yenidən tikilməsi üzərində iş gedir. Bundan sonra isə məsciddə icma yaradılacaq və fəaliyyətə başlayacaq”.

© xezerxeber.az


169 dəfə oxunub

XƏBƏRLƏR

16.02.2020 17:54

Şamaxıda zəlzələ olub

ÇOX OXUNANLAR