Uydurma "erməni soyqırımı” ilə bağlı qəbul olunan qərarlar Türkiyənin Suriyada həyata keçirdiyi "Sülh çeşməsi” antiterror əməliyyatını pozmaq üçün ortaya atılmış təzyiq vasitəsidir. Həqiqi soyqırımı isə ermənilər tərəfindən yaxın tariximizdə Xocalıda törədilib.
Bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İƏT-in Baş katibi Hadi Süleymanpur ilə birgə Antalyada keçirdiyi mətbuat konfransında səsləndirib. Nazir diqqətə çatdırıb ki, Xocalıda qaça bilməyən hər kəs ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Orada 613 günahsız azərbaycanlı soydaşımız, o cümlədən 106 qadın, 83 uşaq öldürülüb.
Nazir Mövlud Çavuşoğlu bildirib ki, gerçək soyqırımı axtaranlar YPG/PKK terror təşkilatlarının İraq və Suriyada törətdikləri insanlıq əleyhinə cinayətlərə baxsalar yaxşıdır.
© xezerxeber.azYanğın olan əraziyə 17 yanğınsöndürən maşın cəlb olunub - AÇIQLAMA
Minik avtomobilində təhlükəli vəziyyətdə yük daşınır - VİDEO
Bakıda AİLƏ DRAMI - Kirayədə yaşayan gənc ər-arvadın meyiti tapıldı
Minlərlə vətəndaşa ŞAD XƏBƏR - Prezident 15,4 milyon manat ayırdı
Azərbaycanda dəhşətli hadisə - Qadın özünü qatarın altına atdı
Dünya şokda: Amerika həkimlərindən bir ilk - Ölünü diriltdilər