Tarixi məscid baxımsız hala düşüb - VİDEO

09.11.2019 20:05

XIV əsrdə inşa edilən və paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən tarixi məscid baxımsız vəziyyətə düşüb. Sakinlər bildirirlər ki, abidədə 20 ildən çoxdur təmir işi aparılmır. Məsələyə Mədəniyyət Nazirliyi də münasibət bildirib

1329-1330-cu illərdə inşa edilən tarixi məscid baxımsız hala düşüb.

Şirvanşahlar dönəmində dövrün tanınmış səxslərindən əmir Nizaməddinin göstərişi ilə tikilən abidə Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşir.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov "Xəzər Xəbər"ə bildirdi ki, ərazi tarixi abidələrin siyahısındadır və adı bərpa olunması üçün gələn ilin dövlət investisiya proqramına daxil edilib.

© xezerxeber.az

FOTOQALERIYA






129 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR