İƏT Nazirlər Şurası bəyannamə qəbul etdi: İki bənd Azərbaycanla bağlıdır - Yeni

09.11.2019 15:52

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının Antalya bəyannaməsi qəbul edilib.

41 bəndlik sənədin iki bəndi Azərbaycanla bağlıdır.

Bəyannamədə qeyd olunub ki, Ermənistan bölgədə iqtisadi inkişafa ciddi mane olur: "Ermənistan xüsusilə Azərbaycanın ərazilərini işğal etməklə regionun iqtisadi potensialının azalmasına səbəb olur. İqtisadi Əməkdaşlıq Təşkilatı bölgədə həll olunmamış münaqişələrin həmin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün əlindən gələni edəcək. Azərbaycan da daxil olmaqla hüququ pozulmuş ölkələin hüquqularının bərpasına, torpaqlarının qaytarılmasına və iqtisadi inkişafına hər cür köməklik edəcək".

Sənəddə həmçinin vurğulanıb ki, İqtisadi Əməkdaşlıq Təşkilatı fəaliyyət göstərdiyi regionda bəzi üzv ölkələrin problemlərindən ciddi narahatlıq keçirir: "Qurum ölkələrdə ərazi bütövlüyü sarıdan mövcud olan həll edilməmiş münaqişələr, təhdidlərlə bağlı narahatlığını bildirir. Bu problemlərin sülh, danışıq, beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsinin tərəfdarıdır. İqtisadi Əməkdaşlıq Təşkilatı terrorizmi və terrorçuluğu qəti şəkildə pisləyir. Terrorla mübarizədə üzv və qeyri-üzv ölkələrə daima dəstək göstərəcək".

© xezerxeber.az


156 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR