Gürcüstanın Tbilisi və Batumi şəhərlərində etiraz aksiyası keçirilib.
Etirazlara səbəb "Amirani” kinoteatrında yayımlanan İsveç-Gürcüstan istehsalı olan "Daha sonra biz rəqs etdik” filmi olub.
Ekran işinin mövzusu iki kişinin qeyri-ənənəvi cinsi oriyentasiyası haqqında olduğundan yüzlərlə insan filmə etiraz edib.
Gürcüstan daxili işlər nazirliyindən verilən məlumata görə, hüquq-mühafizə orqanının əməkdaşının qanuni əmrinə tabe olmamaq və kiçik xuliqanlıq maddələri ilə 27 nəfər saxlanılıb. Onlardan 24 nəfəri Tbilisi, 3 nəfər isə Batumi sakinləridir.
"Gürcüstan marşı” milli hərəkatının lideri Sandro Berqadze bildirib ki, aksiyaçılar filmin heyətinə yox, ekran əsərində olan hadisələrə qarşıdırlar. Filmin ölkədə nümayişlərinə Gürcüstan Patriarxlığı da etiraz edib.
Bir qrup aksiyaçı üzərində "LGBT-yə yox” yazılmış bayraqları yandırıb. Onlar daha sonra pirotexniki vasitələr partladıb. Nəticədə bir neçə polis əməkdaşı xəsarətlər alıb.
Aksiyaların keçirildiyi ərazilərə xeyli sayda polis və xüsusi təhlükəsizlik xidməti əməkdaşları cəlb olunub. Polis etirazçıların kinoteatr binasına daxil olmasının qarşısını almaq üçün canlı sədd yaradıb.
oxu.az
© xezerxeber.azTANAP Azərbaycan və Türkiyə üçün böyük əhəmiyyət daşıyır - VİDEO
TANAP Azərbaycan və Türkiyə üçün böyük əhəmiyyət daşıyır - VİDEO
Ən məşhur məktəblidən etiraf: İqlim böhranına məhəl qoymurlar
Qəza anında qadının reaksiyası hər kəsi təəccübləndirdi - VİDEO
Yaraşıqlı aktyordan aparıcıya şok təklif - Biabır oldu - VİDEO
Ağ Siçan ili kimlərə düşərli olacaq? - Bayramı necə qarşılamalı?
Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ: Evdən çıxmayın, TƏHLÜKƏLİDİR
Bakıda yeni tikilən çoxmərtəbəli binada DƏHŞƏTLİ HADİSƏ - Ölən var
Dünya şokda: Amerika həkimlərindən bir ilk - Ölünü diriltdilər