Əri işə gedən kimi, yad kişini yatağına saldı, videoya çəkdi... - Sonra həyatının ŞOKUNU YAŞADI

09.11.2019 10:10

Bakıda cinsi əlaqədə olduğu qızı şantaj etməkdə, ondan külli miqdarda pul almaqda ittiham olunan Mingəçevir şəhər sakini, 1986-cı il təvəllüdlü Əli Məmmədovun (cinayət işində ad və soyadlar şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İntim əlaqə, gizli çəkiliş

Əli Məmmədov 5 may 2012-ci il tarixdə "Mail.ru” internet sosial şəbəkəsində Vəfa Babayeva ilə tanış olub.

Daha sonra onların münasibətləri istiləşib və Vəfa evdə tək olduqları vaxtlarda Əlini yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsində olan evinə çağırıb.

Onlar həmin evdə mütəmadi olaraq cinsi əlaqədə olublar. Həmin vaxt cinsi əlaqədə olmalarını Əli telefon vasitəsi ilə gizli olaraq videoya çəkib.

Ərinə video göndərməklə hədələdi

Daha sonra Əli telefon vasitəsi ilə Vəfa ilə əlaqə saxlayıb. O, cinsi əlaqədə olmalarını videoya çəkdiyini, onu rüsvay edəcəyini deyib.

Əli şantajlarını davam etdirib və həmin cinsi əlaqədə olmaq barədə olan videonu Vəfanın ərinə, valideynlərinə və qardaşına deyəcəyi ilə də hədələyib.

Ərindən qorxdu, 500 manat göndərdi

Belə şantaj etməklə Əli 2017-cı ilin fevralın ortalarında yaşadığı Mingəçevir şəhərinə bank vasitəsi ilə Vəfadan 500 manat göndərməsini tələb edib.

Bundan qorxuya düşən Vəfa fevralın 21-də 500 manatı Mərdəkan qəsəbəsində, S.Yesenin küçəsi 100 saylı ünvanda yerləşən "UniBank” ASC-nin Mərdəkan filialına məxsus paypoint aparatı vasitəsi ilə Əlinin "Albalı plüş” plastik kart hesabına göndərib.

Bundan başqa, Əli Vəfaya məxsus iki ədəd qızıl üzükləri özü girova qoyduğu lombarddan 595 manatın müqabilində çıxararaq geri qaytaracağına dair yalandan vəd verib.

Vəfa həqiqətən də tələb olunan məbləğdə pulu Əliyə verdiyi halda özünə məxsus qızıl üzüklərini ondan geri alacağına inanıb.

Dələduzluq

Bu məqsədlə Vəfa martın 2-də 595 manatı "UniBank” Açıq Səhmdar Cəmiyyətinin Mərdəkan filialına məxsus paypoint aparatı vasitəsi ilə Əlinin istifadəsində olmuş "Albalı plus” plastik kart hesabına göndərib.

Bununla da Əli aldatma yolu ilə həmin məbləğdə pulu ələ keçirib, zərərçəkmiş şəxsə 595 manat ziyan vurmaqla dələduzluq edib.

800 manat aldı, əməlindən əl çəkmədi

Bundan bir ay sonra Əli yenidən Vəfanı intim videoları vasitəsi ilə şantaj etməyə başlayıb. O, Vəfaya həmin videonu ərinə, valdeynlərinə, qardaşına göndərəcəyi ilə hədələyib, ondan həmin ilin aprelində 800 manat verməsini tələb edib.

Aprelin 8-də Vəfa tələb olunan məbləği Əlinin "Albalı plüs” plastik kart hesabına göndərib. Həmin ilin aprelin 18-də isə eyni əməlləri ilə Əli Vəfadan bu dəfə 1500 manat göndərməsini tələb edib.

Bu şantajlardan bezən Vəfa Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Baş Mübarizə İdarəsinə ərizə ilə müraciət edib.

"Bazarstore”də əməliyyat

Bundan sonra idarənin əməliyyatçıları seriya nömrələri müəyyən edilmiş 15 ədəd yüzlük əsginası Vəfaya veriblər. Qurulmuş əməliyyata uyğun olaraq Vəfa Əliyə həmin məbləğdə pulu Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən "Bazarstore” marketinin içərisində verməyə razılaşıb.

İki maddəli cinayət işi

Həmin gün saat 16.35-də Vəfa ilə Əli həmin marketdə görüşüblər. Əli Vəfadan pulu alarkən idarə əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən Əli Məmmədovun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

7 il 6 ay cəzadan narazı qaldı

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəndə çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Əli Məmmədov apelyasiya şikayəti verib. O, ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə bəraət verilməsini, 182.2.2-ci maddəsinin isə 182.1-ci maddəsinə tövsif edilməsini istəyib. Əli Məmmədov Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin olunmasını xahiş edib.

Həbsdən bir il xilas oldu

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Əli Məmmədovun şikayəti qismən təmin olunub, onun cəzası 6 il 6 aya endirilib. Bu qərardan narazı qalan Əli Məmmədov kasasiya şikayəti verib.

Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Əli Məmmədovun kasasiya şikayəti təmin olunmayıb./Publika.az

© xezerxeber.az

FOTOQALERIYA






756 dəfə oxunub

XƏBƏRLƏR

08.12.2019 14:02

Yevda Abramov dəfn olunub

ÇOX OXUNANLAR