Mütəxəssislərdən QADINLARA XƏRÇƏNG XƏBƏRDARLIĞI: hər gün bu bitkilərdən yeməsəniz...

09.11.2019 09:39

Elm adamları xəstəliklərin son illərdə sürətlə artdığı Puerto-Rikoda yaşayan 600 qadının qidalanma vərdişləri üzərində araşdırma aparıb.

Araşdırma nəticəsində hər gün sarımsaq və soğan yeyən qadınların süd vəzisi xərçənginə yoluxması ehtimalının 67% daha az olduğu ortaya çıxıb.

Mütəxəssislər bildirir ki, soğan və sarımaq çiy şəkildə istifadə edilməlidir. Bişmiş forması orqanizmə eyni dərəcədə fayda vermir.

İngiltərənin "Daily Mail” qəzetinin xəbərinə görə, statistikalar ABŞ və İngiltərə hər 8 qadından birinin həyatının müəyyən dövründə süd vəzisi xərçənginə yoluxa biləcəyini göstərir.

Dünya miqyasında xərçəngin əmələgəlmə və inkişaf səbəblərini anlamaq üçün daha çox araşdırma aparılmasına ehtiyac var./publika.az

© xezerxeber.az


141 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR