Tramp 2 milyon dollar cərimə olundu – Şok səbəb

08.11.2019 12:56

ABŞ Prezidenti Donald Trampa məxsus Tramp Fondu siyasi və şəxsi maraqlara xidmət ittihamı ilə 2 milyon dollar cərimə olunub.

Məhkəmə xeyriyyə fondunu ABŞ prezidentinin siyasi və ticarət maraqlarına xidmət göstərməkdə ittiham edib.

Məhkəmə, eyni zamanda Tramp Fondunun bağlanması və büdcəsindəki 1.7 milyon dollar vəsaitin digər fondlara köçürülməsi qərarını verib.

Nyu-York Baş Prokurorluğu keçən il Tramp və ailəsinə qarşı açdığı məhkəmədə 2.8 milyon dollar cərimə ödəməsi tələbini irəli sürmüşdü./teleqraf

© xezerxeber.az


81 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR