Bakıda gecəyarı taksi sürücüsünə qarşı dəhşətli əməl - Təfərrüat

07.11.2019 13:34

Bakının Nəsimi rayonunda taksi sürücüsünə qarşı quldurluq edilib.

XəzərXəbər xəbər verir ki, Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə quldurluq hadisəsi barədə məlumat daxil olub.

Müraciətlə əlaqədar Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla müəyyən edilib ki, noyabrın 6-da, gecə saat 1 radələrində 20 Yanvar küçəsində Abşeron rayon sakini E.Cəfərovun idarə etdiyi "Daewoo Gentra” markalı avtomobilə sərnişin qismində oturan şəxs Cavadxan küçəsinə gedəcəyini bildirib

Həmin ərazidə o, sürücünü bıçaqla hədələyərək avtomobildən düşürüb və qeyd edilən nəqliyyat vasitəsində hadisə yerini tərk edib.

19-cu polis şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş C.Zeynalov qısa müddətdə müəyyən edilərək avtomobillə birgə saxlanılıb.

© xezerxeber.az


143 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR