Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Türkiyə ordusunun "Sülh çeşməsi” hərəkatında itkiləri açıqlanıb

22.10.2019 14:54

Türkiyə ordusunun "Sülh çeşməsi” (Barış pınarı) hərəkatında itkiləri açıqlanıb.

Xezerxeber.az-ınTürkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə Müdafiə Nazirliyinin nümayəndəsi Nadidə Şəbnəm Aktop bildirib ki, hərəkat çərçivəsində 160 yaşayış məntəqəsi nəzarətə götürülüb, 2200 kvadrat kilometr ərazi terrorçulardan təmizlənib.

Onun sözlərinə görə, hərəkat zamanı Türkiyə ordusunun 7 hərbçisi şəhid olub, 90 hərbçisi isə yaralanıb. Eyni zamanda Azad Suriya Ordusunun 86 üzvü şəhid olub, 325 üzvü isə yaralanıb.

Nazirlik rəsmisi qeyd edib ki, hərbi əməliyyatlarda 775 terrorçu zərərsizləşdirilib.

© xezerxeber.az

FOTOQALERIYA






202 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR