Əməliyyatların 7-ci günü - "XəzərXəbər" Türkiyə-Suriya sərhədində - VİDEO

15.10.2019 19:42

Türk Silahlı Qüvvələrinin Suriyada başlatdığı "Sülh Çeşməsi" hərbi əməliyyatı davam edir. ''Xəzər Xəbər''in çəkiliş heyəti də həmin bölgədədir. Son məlumata görə, terrorçulardan təmizlənən ərazilər öz sahiblərinə qaytarılıb. Insanlar sığınacaqdan çıxaraq evlərində yaşamağa başlayıblar.

500 km-lik ərazidə aparılan hərbi əməliyyatlar Şanlıurfa vilayətinin Akçakale rayonunda uğurla davam etməkdədir.

Hərbi əməliyyatların getdiyi ərazilərə terorçular bir həftə ərzində 6 dağıdıcı zərbə endiriblər. Terorçuların hədəf aldıqları evlərdən biri darmadağın olub.

Əməliyyat zamanı terorçulardan təmizlənmiş ərazilər öz sahiblərinə qaytarılır. Sığınacaqda yaşayan yüzlərlə ailə isti ocaqlarına qayıtmağın sevincini yaşayır.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri müxaliflərdən ibarət Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-dan Suriyanın şimalında "Sülh çeşməsi" antiterror əməliyyatına başlayıb. Antiterror əməliyyatı çərçivəsində 595 terroçu zərərsizləşdirilib.

© xezerxeber.az

FOTOQALERIYA






241 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR