İnstaqramda tanış olduğu qız Rafet el Romanı aldatdı

12.10.2019 15:48

Türkiyəli müğənni Rafet el Roman səmimi etirafı ilə gündəmə düşüb.

XəzərXəbər "ölkə.az"a istinadən xəbər verir ki, televiziya proqramlarının birinə qonaq olan müğənni səmimi söhbəti ilə maraq doğurub.

O, bir dəfə qadın tərəfindən aldadıldığını etiraf edib:

"İnstaqramda bir qadınla tanış olmuşdum. 3 ay boyunca biz yazışırdıq. Çox gözəl qadın idi. Yəni fotolarda çox gözəl idi. Hətta bu cür gözəl qadının indiyə qədər niyə təkdir sualı məni dərindən düşündürürdü. 3 aydan sonra onu bir qəhvə içməyə razı sala bildim. Aman Allahım, görüşə gələn qadınla fotolardakı qadının heç bir əlaqəsi yox imiş. Sən demə o başqa bir qadının şəkillərindən istifadə edirmiş. Ondan niyə belə etdiyini soruşduqda sizinlə tanış olub, ünsiyyət qurmaq istəyirdim- deyə cavab verdi. Sözsüz ki, mən onu acılamadım. Qəhvəmizi içib ayrıldıq",- deyə səmimi etiraf edib.

© xezerxeber.az


182 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR