Yanacaqdoldurma məntəqələrində maye qaz tapılmır - VİDEO

10.10.2019 20:49

Son aylar təbii qazın satışında yaranan qıtlıq bu günlər öz aktuallığını daha da artırıb.

Xezerxeber.az-ın məlumatına görə, 2-3 gündür ki, sürücülər yanacaqdoldurma məntəqələrində maye qaz tapa bilmirlər.

Məsələyə münasibət bildirən "SOCAR Petrolium" şirkətinin mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli deyib ki, LPG qazın istehsal olunduğu zavodda yenidənqurma işləri gedir. Bu səbəbdən istehsal tamamilə dayanıb.

Qurum tərəfindən sürücülərə çıxış yolu kimi sıxılmış təbii qazdan istifadə etmək təklif edilir.

Ancaq sürücülər LPG-dən CNG-yə keçməkdə maraqlı deyillər. Onlar bunu həm qiymətlə, həm də sıxılmış qazın daha riskli olması ilə əlaqələndirirlər.

Üzeyir Həbibbəyli, problemin dəqiq nə vaxt həll olunacağının məlum olmadığını deyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






1249 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR