İki rayonda qaz xətləri zədələnib - FOTO

08.10.2019 15:49

Tərtər və Bərdə rayonlarında avtomobillərlə 3 yerdə qaz xətləri zədələnib.

"Azəriqaz”dan xezerxeber.az-a bildirilib ki, Tərtər rayonunun Nəsimi küçəsində diametri 76 mm olan qaz xəttinin avtomobillə vurulması səbəbindən bu gün saat 12:55-dən 380 abonentin qaz təchizatı dayandırılıb.

Rayonun Cəmilli kəndində isə 50 mm diametrində siyirtməni avtomobillə vurub qırıblar. Bu zaman xətdə qaz sızması aşkarlanıb. Hazırda sızmanın aradan qaldırılması üçün tədbirlər görülür.

Bərdə rayonunun Qazaxlar kəndində kombaynla 50 mm diametrində olan siyirtməni zədələyiblər. Saat 14:10-dan etibarən 73 abonentin qaz təminatında fasilə yaranıb.

© xezerxeber.az

FOTOQALERIYA






110 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR