Qusarda evdən 6 min manat oğurlayan şəxs saxlanılıb

08.10.2019 14:34

Qusarda evdən 6 min manat oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Ş.Əfəndiyevin ətrafında Qusar RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 8-də rayon ərazisindəki evlərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

© xezerxeber.az


119 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR