"Beşiktaş"ın futbolçusu ağır zədə aldı

07.10.2019 15:04

"Beşiktaş” Türliyə Super Liqasının 7-ci turunda "Alanyaspor"a 2:1 hesabı ilə qalib gəldiyi oyunda ciddi itki ilə üzləşib.

İstanbul təmsilçisinin yarımmüdafiəçisi Dorukan Toköz sıradan çıxıb. 23 yaşlı futbolçunun diz bağlarının qopduğu məlum olub.

Klubun rəsmi saytı futbolçunun əməliyyat ediləcəyini açıqlayıb.

Türkiyə mətbuatı Dorukhanın ən azı 4 ay yaşıl meydanlardan uzaq qalacağını yazıb.

© xezerxeber.az


110 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR